Azərbaycanda faktiki hava: yağış yağıb, şimşək çaxıb...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda faktiki hava: yağış yağıb, şimşək çaxıb...

Sosial

28 İyun 2020 13:29 969


İyunun 28-i səhərədək respublikanın bəzi yerlərində şimşək çaxıb, arabir yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata əsasən, yağışın miqdarı Gədəbəydə 10, Daşkəsən, Naxçıvanda 8, Göygöldə 6, Şahdağda 5, Tərtər, Ağdam, Sədərəkdə 3, Şərur, Şahbuz, Ağdərə (Ordubad), Zərdab, Lerik, Balakəndə 2, Gəncə, Şəmkir, Tovuz, Zaqatala, Xaltan, Bərdə, İmişli, Sarıbaş (Qax), Xınalıq, Yardımlıda 1 mm olub. 

Səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, yağış yağıb. Külək tədricən mülayimləşib. pizza mizza

Havanın temperaturu iqlim normasından 1.7 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, aran rayonlarında 24-28, dağlıq rayonlarda 16 dərəcəyədək, Naxçıvan MR-da 29-32 dərəcə isti olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!