Azərbaycanda futbol həyəcanı: Millimiz bu gün Slovakiyanı qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda futbol həyəcanı: Millimiz bu gün Slovakiyanı qəbul edəcək

İdman

10 İyun 2022 09:26 1204


Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək. 

"Yeni Sabah"ın məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edəcək.

"Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi litvalı Donatas Rumsas olacaq. pizza hut

Millimiz indiyədək Slovakiya ilə 6 dəfə üz-üzə gəlib. Bu matçların 5-də məğlub olan yığmamız yalnız 2001-ci ildə Bakıda DÇ-2002-nin seçmə mərhələ oyununda qələbə qazanıb. Komandanın qollarını Vadim Vasilyev və Zaur Tağızadə vurub.

Qrupun digər görüşündə Belarus Serbiyada Qazaxıstanla qarşılaşacaq.

UEFA Millətlər Liqası

C Liqası

3-cü qrup

20:00. Azərbaycan - Slovakiya

Baş hakim: Donatas Rumsas (Litva)

Bakı. "Dalğa Arena" 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!