Azərbaycanda gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq

İqtisadiyyat

22 Oktyabr 2025 16:49 524


Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq.

Yenisabah.az report-a istinadla xəbər verir ki, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar bunun 3 %-i qədər vergi ödəyəcək.

Bu nisbət 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% olacaq. Dördpendirli pizza

Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər, 2027-ci ildə 125 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər, 2028-ci ildən isə 175 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər olacaq.

Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat və 8 000 manatdan artıq hissənin 14%-i qədər, 2027-ci ildə 675 manat və 8 000 manatdan artıq hissənin 14%-i qədər, 2028-ci ildən isə 725 manat və 8 000 manatdan artıq hissənin 14%-i qədər olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!