Azərbaycanda gənc qadınlar dəm qazından zəhərlədi, biri öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda gənc qadınlar dəm qazından zəhərlədi, biri öldü

Hadisə

04 Yanvar 2020 18:55 1118


Sabirabad rayonunda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, Şıxsalahlı kənd sakini, 1990-cı il təvəllüdlü Xəlilova Könül Vahid qızı hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb. O, Şirvan şəhər xəstəxanasına gətirilərkən yolda vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Xaçmaz rayonunda da dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Çaykənarı kənd sakini, 1995-ci il təvəllüdlü Hacıbalayeva Gültəkin Zahid qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon  Xəstəxanasına yerləşdirilib.  pizza

Onun müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir. 

Hadisənin səbəbləri araşdırılır. (APA)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!