Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında daha bir həkim koronavirusa yoluxub.
Yenisabah.az bildirir ki, 1984-cü il təvəllüdlü onkoloq İndira Səfərova COVID-19 daşıyıcısı olaraq hamiləliyinin 37-ci həftəsində uşaq dünyaya gətirib, ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub.
Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpə tam sağlamdır. Onkoloqun vəziyyəti artıq yaxşılaşıb. Dominos pizza
Qeyd edək ki, bu klinikanın həkimləri arasında artıq COVID-19-a ikinci yoluxma halıdır. Ötən gün Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, tanınmış həkim-onkoloq Fikrət Namazov koronavirusdan vəfat edib. F.Namazovun ürəyində stend olması onun bu xəstəliklə mübarizə aparmasına problem yaradıb. /News24.az
Telegram kanalımız