Azərbaycanda hansı müəllim nə qədər maaş alacaq? –   Rəqəmlər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hansı müəllim nə qədər maaş alacaq? – Rəqəmlər

İqtisadiyyat

11 Sentyabr 2019 10:45 24555


Nazirlər Kabineti dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin aylıq maaşları ilə bağlı qərar imzalayıb. 

Yenisabah.az hansı müəllimlərin nə qədər maaş alacağı haqda rəqəmləri oxuculara təqdim edir. 

Məlumat üçün deyək ki, müəllimlərin maaşı bir stavka dərs yükü 18 saat olmaqla hesablanıb. pizza sifarişi

Beləliklə, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşı aşağıdakı kimidir: 

Pedaqoji stajı 3 ilə qədər olan ali təhsilli müəllimlər 460 manat, orta ixtisas təhsilli müəllimlər isə 420 manat;  

Pedaqoji stajı 3 ildən 8 ilə qədər olanali təhsilli müəllimlər 495 manat, orta ixtisas təhsilli müəllimlər  isə 445 manat;

Pedaqoji stajı 8 ildən 13 ilə qədər olan ali təhsilli müəllimlər  520 manat, orta ixtisas təhsilli müəllimlər isə 460 manat;

Pedaqoji fəaliyyəti 13 ildən 18 ilə qədər olan ali təhsilli müəllimlər 555 manat, orta ixtisas təhsilli müəllimlər isə 490 manat;

Pedaqoji stajı 18 ildən yuxarı olan ali təhsilli müəllimlər 595 manat, orta ixtisas təhsilli müəllimlər isə 510 manat aylıq maaş alacaq.

Dövlət ümumi təhsil müəssisələrində çalışan, lakin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmayan müəllimlərin maaşları isə aşağıdakı kimidir.

Pedaqoji stajı 3 ilə qədər olan ali təhsilli müəllimlər 345 manat, bu kateqoriyadan olan orta ixtisas təhsilli müəllimlər isə 315  manat;

Pedaqoji stajı 3 ildən 8 ilə qədər olan ali təhsilli müəllimlər  371  manat, orta ixtisas təhsilli müəllimlər isə 334 manat;

Pedaqoji stajı 8 ildən 13 ilə qədər olan ali təhsilli müəllimlər  390 manat, orta ixtisas təhsilli müəllimlər isə 345 manat;

Pedaqoji fəaliyyəti 13 ildən 18 ilə qədər olan ali təhsilli müəllimlər 416 manat, orta ixtisas təhsilli müəllimlər isə 368  manat;

Pedaqoji stajı 18 ildən yuxarı olan ali təhsilli müəllimlər 446 manat, orta ixtisas təhsilli müəllimlər isə 382 manat aylıq maaş alacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!