Azərbaycanda hava kəskin dəyişdi: Sabah 22 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hava kəskin dəyişdi: Sabah 22 dərəcə isti olacaq

Sosial

07 Mart 2025 12:18 3647


Martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Yenisabah.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. 

Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Dördpendirli pizza

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!