Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq

Sosial

29 May 2020 22:04 4453


Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Xidmətindən  “Yeni Sabah”a daxil olan xəbərə görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək.

Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.  Dominos pizza

Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından daşqın və sel keçəcəyi ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!