Azərbaycanda hərbi zavod partladı: Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hərbi zavod partladı: Ölən və yaralananlar var

Hadisə

24 İyul 2023 12:54 37152


Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib. 

Bu barədə Yenisabah.az-a Nazirlikdən məlumat verilib. 

Bildirilib ki, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.  pizza mizza

Hazırda hadisə barədə araşdırma aparılır. 

Baş Prokurorluğun Mətbuat xidmətindən saytımıza bildirilib ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. 

Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!