Azərbaycanda həyat yoldaşına xəyanət edənləri bu cəza gözləyir:    Yeni qərar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda həyat yoldaşına xəyanət edənləri bu cəza gözləyir:  Yeni qərar

Sosial

06 Aprel 2026 17:27 6457


Azərbaycanda həyat yoldaşının xəyanəti hüquqi baxımdan müəyyən nəticələrə səbəb ola bilər. Bu hallarda zərər çəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir. Məhkəmələrdə iddia qaldırmaqla şəxsi və ailə münasibətlərindən doğan hüquqlar qorunur. Mənəvi təzminatın miqdarı zərərin dərəcəsi və hadisənin təsiri nəzərə alınmaqla müəyyən edilir. Bu məsələ həm hüquqi, həm də sosial baxımdan əhəmiyyətli hesab olunur.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, xəyanətə görə təzminat artıq Azərbaycanda mövcuddur:

"Yeni qərar 2026-cı ildən etibarən qüvvəyə minib və keçmiş xəyanətlərə aid deyil. Bu qərar qəbul edildikdən sonra baş verən münasibətlərə aiddir. Belə halda, ailə münasibətlərinə zidd olaraq xəyanətə uğramış tərəf, xəyanət edən şəxsi şəxsiyyət hüquqlarının pozulması faktı ilə bağlı məhkəməyə verə bilər. Toyuqlu pizza

Əsas məsələ xəyanətin sübut edilməsidir. Bunun üçün video və fotomateriallar, yazışmalar və ya qeyri-rəsmi nikahdan övladı olan hallarda müvafiq sənədlər təqdim edilə bilər. Xəyanətə uğrayan tərəf məhkəməyə müraciət edərək şəxsiyyət hüquqlarının pozulması və ləyaqətin alçaldılması üzrə iddialarını qaldıra bilər".

Vəkil deyib ki, mənəvi təzminat davasında şəxsin öz qiymətləndirməsinə əsasən təzminat məbləğini müəyyən etməsi mümkündür, amma məbləğ ağlasığmaz olmamalıdır:

"Bu məbləğ 10–20 min manat arasında ola bilər. Bu zaman şəxsin yaşı, cinsi, həssaslıq dərəcəsi və mənəvi sarsıntının dərəcəsi nəzərə alınır. Müraciətin vaxtı da məhkəmə prosesində vacibdir. Dərhal müraciət olunarsa, məhkəmə təsirli hesab edir, amma bir neçə il sonra müraciət edilsə, mənəvi zərbənin dərəcəsi və məhkəmənin inamı azala bilər. Qanunla boşanmaq şərt hesab olunmasa da, şəxs boşanmırsa, xəyanəti daxilən qəbul etmiş sayılır", - deyə vəkil bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • HALİL BOZKAYA
    Mən Sumqayıt əmisiyəm və bütün Azərbaycan vətəndaşlarından kömək istəyirəm. Həyat yoldaşımı xilas edin; qardaşları onu öldürəcəklər. Xahiş edirəm mənə kömək edin. Şəkildəki qadın mənim həyat yoldaşımdır; biz qaçdıq. Allah xatirinə, mənə kömək edin. HƏYATIMI XİLAS ET, YOLDAŞIM! QARDAŞLARI ONU ÖLDÜRƏCƏKLƏR. TELEFON: +905351064518
    1 month ago