Azərbaycanda iribuynuzlu heyvan 51 yaşlı kişini tapdalayıb öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda iribuynuzlu heyvan 51 yaşlı kişini tapdalayıb öldürdü

Hadisə

19 İyul 2023 14:34 1077


Astarada iribuynuzlu heyvan kənd sakininə xəsarət yetirib. 

Yenisabah.az xəbər verir ki, hadisə Maşxan kəndi ərazisində qeydə alınıb. 

Kənd sakini 1972-ci il təvəllüdlü Elşən Müqabil oğlu İbadova gecə saatlarında bağlarında olan iri buynuzlu heyvan hücum edib. Sonra heyvan ayaqları ilə Elşən İbadovu tapdalayıb. Səsə çıxan ev sahibləri heyvanı ərazidən uzaqlaşdırıblar.  Dominos pizza

Xəsarət alan Elşən İbadov TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə daxil olub. Xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib, təcili əməliyyat blokuna verilib. Bütün reanimasiya və cərrahi müdaxilələrə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. O, bu gün günorta saatlarında dünyasını dəyişib. 

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!