Azərbaycanda iş saatları dəyişə bilər - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda iş saatları dəyişə bilər - Açıqlama

Sosial

04 İyun 2020 06:57 3681


İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün işçilər 3 ayrı qrup şəklində və saat fərqi ilə iş yerlərinə gedə bilərlər.

“Yeni Sabah” xəbər verir ki, bu haqda TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı dünən keçirilən brifinq zamanı danışıb. O bildirib ki, artıq bununla bağlı təkliflər hazırlanıb:

“Bu gün bizim təkliflərimiz sırasında nəqliyyatla bağlı da müəyyən qaydalar var idi. Belə ki, səhər və axşam saatlarında işə gələnlərin və işdən çıxanların sayını nizamlamaqla ictimai nəqliyyatda sıxlığı aradan qaldırmaq - bu məqsədlə böyük ehtimalla təklifimiz qəbul olunsa, qərar veriləcək. İş yerlərinə müraciət olunacaq. İşə gələnlərlə işdən çıxanlar 3 ayrı qrupa ayrılsınlar və ayrı-ayrı saatlarda, məsələn 08:00, 08:30 və 09:00 olmaqla, yaxud bir saat fasilələrlə və müvafiq olaraq axşam o qədər saat gec çıxmaqla getməklə ictimai nəqliyyatdakı sıxlığı aradan qaldırmaq mümkündür. Bununla bağlı təklifimiz var və qəbul olunsa, yəqin ki, sabah qaydalar çərçivəsində məlumat veriləcək “. Dördpendirli pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!