Azərbaycanda kanala düşən övladını xilas etmək istəyən ana boğuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kanala düşən övladını xilas etmək istəyən ana boğuldu

Hadisə

14 İyul 2021 10:07 847


Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Yenisabah.az-ın məlumatına görə, hadisə rayonun Vəlvələ kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Diləfruz Mustafayeva Məmmədağa qızı, övladı 13 yaşlı Lamiyənin Samur-Abşeron su kanalına düşdüyünü görüb, onu xilas etmək üçün suya atılıb. Marqarita pizza

Kənardan yoldaşının özünü suya atdığını görən həyat yoldaşı Asəf Mustafayev də özünü kanala atıb. Uşağı xilas edə bilib.

Yaxınlıqda olan şəxslə yoldaşını xilas etməyə cəhd etsə də, mümkün olmayıb. Diləfruz Mustafayevanın meyiti bir neçə kilometr məsafədən sudan çıxarılıb.

Lamiyə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə (ayağı sınıb) Qusar Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, Asəf Mustafayevin Samur-Abşeron Kanalında (SAK) gözətçi işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!