Azərbaycanda kartof bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kartof bahalaşdı

Sosial

07 Mart 2025 23:14 384


Ən çox istifadə edilən tərəvəz olan kartofun qiyməti artıb.

Yenisabah.az Xəzər TV-yə istinadən xəbər verir ki, son 20 gündür ki, bazarlarda kartofun ən bahalı qiyməti 2 AZN, ən ucuz qiyməti isə 1,20 AZN-dir.

Satıcıların sözlərinə görə, qiymət artımına səbəb bazarda yerli məhsulun az olması və xaricdən də kartof idxalının azalmasıdır. pizza hut

Satıcılar həmçinin bildiriblər ki, hazırda bazarda daha çox yerli kartof mövcuddur.

İqtisadçılar isə bahalaşmanın iki əsas səbəbini qeyd edirlər. Onların fikrincə, birinci səbəb xaricdən kartof idxalının azalmasıdır. İkinci səbəb isə dizel yanacağının qiymətinin 25% artmasıdır. Bu iki amil kartofun qiymətinə təsir göstərir.

Qeyd edək ki, 2024-cü ildə ölkədə təxminən 1 milyon ton kartof istehsal edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!