Azərbaycanda kişi “Makarov”la qohumunu güllələdi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kişi “Makarov”la qohumunu güllələdi - Foto

Kriminal

09 Sentyabr 2022 10:45 1229


Ağcabədi Rayon Polis Şöbəsinə bir nəfər rayon sakininin qol nahiyəsindən güllə yarası alması ilə  bağlı xəstəxanadan məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a bildirilib ki, məlumatla əlaqədar Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Araşdırmalarla müəyyən olunub ki, rayon sakini Laiq İslamov yaranmış münaqişə zəminində öz qohumuna tapançadan atəş açaraq xəsarət yetirib.

Keçirilmiş tədbirlərlə L.İslamov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun ailə üzvlərinə məxsus fermaya baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança və həmin tapançaya məxsus daraq aşkar edilərək götürülüb. Pepperoni pizza

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!