Azərbaycanda kişi narkotik çəkib qızı öldürmək istədi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kişi narkotik çəkib qızı öldürmək istədi

Kriminal

14 Mart 2022 11:42 432


DİN-in “102-Zəng Mərkəzinə” müraciət edən Sumqayıt şəhər sakini S.Seyidova martın 12-də ögey bacısı R.Cəfərovanın Əmrah adlı şəxslə birlikdə Quba şəhərində olmalarını, Əmrahın özünü və qızı öldürmək istəməsini bildirib. 

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, Sumqayıt şəhər sakinləri Ə.Ağazadə və R.Cəfərovanın olduqları yer müəyyən edilib, saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Polis əməkdaşları tərəfindən onların narkotik vasitənin təsiri altında olmaları müəyyən olunub və barələrində İnzibat Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilib. pizza hut

Quba rayon məhkəməsinin qərarı ilə Ə.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs olunub, R.Cəfərova isə 400 manat məbləğdə cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!