Azərbaycanda kişi arvadına 20 bıçaq zərbəsi vurdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kişi arvadına 20 bıçaq zərbəsi vurdu

Kriminal

03 Oktyabr 2022 14:28 1139


Kürdəmir sakini arvadına 20 bıçaq zərbəsi vurub. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, kənd sakini, 23 yaşlı Dürbəst Nuralı qızı Bəkirova ilə əri, 33 yaşlı Rəcəb Qurban oğlu Bəkirov arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb. Mübahisə zamanı R.Bəkirov həyat yoldaşına 20 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. pizza mizza

Yaralı qadın ətrafdakıların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər üzərində cərrahiyə əməliyyatı aparılan yaralı qadının vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

D.Bəkirovanı bıçaqlamaqda şübhəli bilinən R.Bəkirovun tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!