Elcan Ağalar Bayramovu parodiya etdi, sərt cavab aldı   - “Bu düşüklüyün pik həddidir!” + Video

saytların hazırlanması

Evə çatdırılma

Elcan Ağalar Bayramovu parodiya etdi, sərt cavab aldı - “Bu düşüklüyün pik həddidir!” + Video

Şou

11 Dekabr 2021 18:54 80507


ARB-də yayımlanan Zaur Kamalın aparıcısı olduğu "Həmin Zaur" verilişində qonaq olan aktyor Elcan Rəsulov Əməkdar artist Ağalar Bayramovu parodiya edib.

Yenisabah.az xəbər verir ki, Ağalar Bayramov aktyorun onu parodiya etməsinə sərt reaksiya verib.

"Belə parodiya olmur, bu düşüklüyün pik həddidir! Eləyə bilmirsən, etmə. Ağalar Bayramovu parodiya etmək hər oğulun işi deyil! Ağaları parodiya etmək üçün onun iç dünyasına varmaq gərəkdir! Buna isə dərin zəka, kamal gərəkdir... O da ki....", - deyə Əməkdar artist tənqid edib.  Toyuqlu pizza

Ağalar Bayramov verilişdə qonaq olar Dilarə Əliyevanın parodiyaya gülməsinə təəccübləndiyini deyib: "Məni təəccübləndirən Dilarənin mənasız gülməyidir. Guya xoşuna gəlib, guya " əla" edir.... Rəhmətlik Şahmar Əkbərzadə demişkən: " Utanım yerinizə..."".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Kifayet
    Ne olub ki,normal da parodiya edib.Burda artiq esgik danişmagin yeri yoxdu..Ele oxşadib,özü de lap ela.
    4 years ago
  • saleh
    Ağalar müəllim gərək elə səviyyəsizə cavab verməyə
    4 years ago
  • Nizami
    Hə nə olsun, parodiyadi... Ağalara ayıb olsun ki, öz həmkarlarına belə sərt cavab verib
    4 years ago
  • Təranə
    Yazıklar olsun sənə Elcansan Selcansan hər kimsən get bacardığın işin arxasınca.Biyabırçı sənə lap nifrət etdim.Bir güzgüdə özünə bax qiymətini ver bambılılıq etmə.Ağalar Bayramovun ayağının tozu belə ola bilməzsən.
    4 years ago
  • MM
    Zakir yaxşı sənətkar tərbiyəli adamdı sadəcə səhv kanalda səhv insanlarla bir yerdə otrub, o ki qaldı o gədənin parodiyyasına onun parodiya etdiyi adamın özü guya nədiki ? Azərbaycanın bir səs ustası var o da ki Eldost Bayramdır
    4 years ago
  • Husu İbrahimov
    Elcan, növbəti dəfə sənə yazığım gəldi. A kişi, get bacardıın başqa bir işin qulpundan yapış
    4 years ago