Azərbaycanda koronavirusdan daha 3 nəfər öldü - Foto

Azərbaycanda koronavirusdan daha 3 nəfər öldü - Foto

Sosial

14 Yanvar 2023 16:39 474


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 116 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan üç nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 300 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 763 nəfər müalicə olunaraq sağalıb, hazırda 492 aktiv xəstə var. Bu günə qədər 10 045 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 106, bu günə qədər isə ümumilikdə 7 455 670 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!