Azərbaycanda koronavirusdan daha 6 nəfər öldü - Foto

Azərbaycanda koronavirusdan daha 6 nəfər öldü - Foto

Sosial

11 Yanvar 2023 21:40 473


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib, aktiv xəstə sayı 560 nəfərdir.

Ölkədə son sutka ərzində 2112, hazırkı dövrədək isə 7 499 907 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!