Azərbaycanda koronavirusdan daha dörd nəfər öldü,   338 yeni yoluxma - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusdan daha dörd nəfər öldü, 338 yeni yoluxma - RƏSMİ

Sağlamlıq

16 İyun 2020 18:34 861


Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 338 yeni yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. pizza mizza

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4801, ötən müddət ərzində isə ümumilikdə 391 699 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!