“Koronavirusa yoluxan xəstələrin 5 faizi 0-9 yaş arasında olanlar, 2 faizi isə 80 yaşdan yuxarı olan şəxslərdir".
Yenisabah.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
TƏBİB sədri koronavirusa yoluxanların yaş kateqoriyasını və digər statistik məlumatları açıqlayıb: "Azərbaycanda koronavirusa yoluxanlardan 50-59 yaş arasında olanlar üstünlük təşkil edir. İkinci yerdə isə 30-39 yaş arasında olan xəstələr gəlir. Yoluxanların 54 faizi qadınlar, 46 faizi isə kişilərdir”. Toyuqlu pizza
R.Bayramlı koronavirusdan vəfat edənlərin əsasən, 60-69 yaş arasında olan şəxslər olduğunu qeyd edib:
“Yalnız bir vəfat edən xəstəmiz 40-49 yaş arası olub. Həmin xəstədə qaraciyər serrozu olduğu üçün belə nəticələnib”.
Telegram kanalımız