Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib
Yenisabah.az report-a istinadən xəbər verir ki, rayonun Səfikürd kəndinin sakinləri - Səfikürd kənd tam orta məktəbinin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər.
Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri normaldır. Sezar pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız