Azərbaycanda məşhur bazar sökülür - Vaxt verildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məşhur bazar sökülür - Vaxt verildi

Sosial

19 Dekabr 2024 00:58 2543


Keşlə bazarında fəaliyyət göstərən icarədarlara yanvarın 1-ə qədər bazarı tərk etmələri bildirilib.

Yenisabah.az Xezerxeber.az-a istinadən məlumat verir ki, bazarda fəaliyyət göstərən icarədarlar verilən qərardan narazıdırlar. Onlar 13 günlük müddətin bazardan çıxmaq üçün kifayət etməyəcəyini bildirir və bu müddətin ən azı 4 ay uzadılmasını istəyirlər.

İcarədarlar deyirlər ki, 4-5 ay öncədən bazarın yeni ildə söküləcəyinə dair məlumat verilsəydi, satmaq üçün əlavə mal almazdılar, həmçinin əllərindəki malları da satıb qurtarmış olardılar. Marqarita pizza

"Keşlə" bazarının ərazisinə nəzarət edən şəxs bildirib ki, onlara da məlumat elə bu gün verilib.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, bazar rəhbərliyinə aprel ayından bəri bir neçə dəfə ərazinin boşaldılması ilə bağlı tapşırıq verilib. Rəhbərlik özü məsələni gecikdirib. Son xəbərdarlıq isə yaxın zamanda edilib. Ərazi qısa müddətə boşaldılmalıdır ki, tikinti başlasın.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!