Azərbaycanda müğənni həbs olundu 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda müğənni həbs olundu 

Kriminal

03 Sentyabr 2025 12:50 3363


Xankəndi şəhərində müğənni kimi fəaliyyət göstərən şəxs həbs edilib.

“Yeni Sabah” xəbər  verir  ki, “Qafqazinfo”nun əldə etdiyi məlumat görə, 8 aydan artıq müddətdə Xankəndidə yaşayan 1990-cı il təvəllüdlü E.Quliyevin (şərti soyadlı) qaldığı evdə narkotik vasitələr və patronlar aşkar edilib.

Belə ki, polis əməkdaşları daxil olmuş məlumat əsasında müğənninin qaldığı 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilə baxış keçiriblər. Bu zaman stolun üstündən bükümdə narkotik vasitə və 7,62 kalibrli patronlar aşkar edilib. pizza

Fakta görə Xankəndi ŞPŞ-də Cinayət Məcəlləsinin 228 və 234-cü maddələri ilə cinayət işi açılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!