Azərbaycanda nazirliyin keçmiş vəzifəli şəxsinə elektron qolbaq taxıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda nazirliyin keçmiş vəzifəli şəxsinə elektron qolbaq taxıldı

Kriminal

23 Fevral 2022 18:38 701


Şəki Apellyasiya Məhkəməsi Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi Nаzirliyi yаnındа Dövlət Məşğulluq Xidmətinin Şəki rаyоn Məşğulluq Mərkəzinin sabiq direktоru Elçin Salamovla bağlı qərar elan edib.

Yenisabah.az xəbər verir ki, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası dəyişdirilmədən saxlanılıb. Dördpendirli pizza

İttiham aktına görə, E.Salamov 2006-2019-cu illər arasında Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi Nаzirliyi yаnındа Dövlət Məşğulluq Xidmətinin Şəki rаyоn Məşğulluq Mərkəzinin direktоru vəzifəsində işləyib.

O, işlədiyi müddət ərzində Şəki rаyоn Məşğulluq Mərkəzinə ayrılmış pulları mənimsəyib.

E.Salamovun barəsində Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Şəki Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!