Ölkəmizdə neçə həkim koronavirusa yoluxub? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ölkəmizdə neçə həkim koronavirusa yoluxub? - Açıqlama

Sağlamlıq

15 Aprel 2020 18:26 1067


“Azərbaycanda cəmi altı həkimdə virusa yoluxma halı qeydə alınıb”.

Yenisabah.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, Cəlilabad Xəstəxanasında 10 həkimin koronavirusa yoluxması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil: pizza

“Həmin xəstəxanada bir həkim və bir tibb işçisi virusa yoluxmuşdu”.

Sədr qeyd edib ki, başqa bir xəstəxanada isə təsərrüfat işçisinin virusa yoluxması müəyyən edilib: “Həmin şəxs karantinə götürülüb”.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!