Azərbaycanda Olimpiya çempionu koronavirusa yoluxdu   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda Olimpiya çempionu koronavirusa yoluxdu - Foto

İdman

10 Noyabr 2021 16:30 966


Azərbaycanın həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina koronavirusa yoluxub.

Yenisabah.az xəbər evrir ki, bu barədə 73 yaşlı mütəxəssisin özü məlumat yayıb.

Veteran həndbolçu 5 gündür ev şəraitində müalicə olunduğunu və hazırda özünü yaxşı hiss etdiyini bildirib. Toyuqlu pizza

Şubina soyuqdəymədən xəstələndiyini söyləyib: "Mən hovuza gedirəm. Yəqin ki, orada soyuqdəyməm olub və bu da hazırkı xəstəliyə gətirib çıxardıb".

Qeyd edək ki, Lyudmila Şubina keçmiş SSRİ yığmasının tərkibində 1976-cı il Monreal Yay Olimpiya Oyunlarının qalibi olub. O, həmçinin dünya çempionatlarında gümüş (1975) və bürünc (1973) medallar qazanıb. Hazırda Şubina "Qaradağ" həndbol klubunun prezidentidir. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!