“Azərbaycanda ölmək neçəyə başa gəlir” - Ekspert dəqiq rəqəmləri açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda ölmək neçəyə başa gəlir” - Ekspert dəqiq rəqəmləri açıqladı

İqtisadiyyat

07 Sentyabr 2025 11:35 8264


İnsanın dünyasını dəyişməsi təkcə mənəvi deyil, həm də maddi baxımdan ailəyə ciddi yük gətirir. Dəfn mərasimləri digər şənlik və tədbirlərdən fərqli olaraq, nə qənaətə gedilə, nə də təxirə salına bilər. Bu səbəbdən də son illər “Azərbaycanda ölməyin qiyməti” mövzusu cəmiyyətin diqqətindədir.

Bəs Azərbaycanda ölmək neçəyə başa gəlir?

Yenisabah.az bildirir ki, iqtisadçı Eyyub Kərimli bununla bağlı qeyd edib: Pepperoni pizza

"1-ci vəfat və dəfn günü: cənazənin yuyulması, kəfən, dəfn maşını, cənazə namazı – 1000–1500 AZN.

Qəbir yeri – şəhərdən kənarda tapsanız 2500–3000 AZN; qəbrin qazılması isə 300 AZN.

Evə gələn qonaqlar üçün 300–500 AZN xərclənir.

Mərhumun 3–7-si mərasim evi: bir nəfər üçün minimum 20–25 AZN, 300 nəfər üçün = 6000 AZN.

Molla (qadın və kişi) – 500 AZN.

Mərhumun 40-na qədər cümə axşamları: 250 AZN x 5 = 1250 AZN.

40 mərasimi: 25 AZN x 200 nəfər = 5000 AZN.

Baş daşı minimum 1500 AZN.

Beləliklə, 40 gün ərzində xərclər 18 000–20 000 AZN civarında olur.

Matəm qəfil bir məsələdir və bəzən ailələri hazırlıqsız vəziyyətdə yaxalayır. Mərhum üçün əbədi rəhmət oxutdurmaq üçün bu vəsaitin, imkansız uşaqların təhsil haqqına və ağır xəstələrin müalicəsinə xərclənməsi daha böyük səvab olardı.

Mərasim evlərində verilən ehsanın maya dəyəri 20 AZN-dən çox deyil, hər mərasimdən isə 2–3 min AZN, ayda isə 40–60 min AZN gəlir əldə edilir".

İqtisadçı sonda çağırış edərək bildirib ki, 

dövlət tərəfindən böyük qəbirstanlıqlar hazırlanmalı və vətəndaşlar ödənişsiz təmin edilməlidir.

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vüqar
    Adamı yaşamağınada,ölməyinədə peşman ediblər ölkədə.
    8 months ago
  • Tural
    Bax ele bu saat huzur yerinnen gelirem kasib adamdı devletden 1 manat geliri yoxdu fehle adamdı ölü yesi ortada qalib bilmir qentmi alsın caymi alsın halva bisirmeye yagmi alsim herseyin qiymeti of qiymetinedi ama gel dolan indi sen
    8 months ago
  • Merve
    İndi ölsem meyidim iylenmelidir? Bas gedib milletde. Torpaq yasamagada baha ölmeyede. Ne dogulasan ne de dogasan. Nə gundəyik
    8 months ago