Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR: YENİ RƏQƏM

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR: YENİ RƏQƏM

Sosial

18 Fevral 2025 10:55 40772


Azərbaycanda 2025-ci il üçün kişilərin və qadınların pensiya yaşının artacağı bəlli olub. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 2017-ci ildən başlayaraq hər il qadınların pensiya yaşı 6 ay artırılır. Bu proses 2027-ci ilə qədər davam edəcək.

Beləliklə, 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində kişilərin pensiya yaşı dəyişməz qalaraq 65, qadınların pensiya yaşı isə 6 ay artırılaraq 64 olacaq.

Bu prosesin 2027-ci ildə yekunlaşacağını və nəticədə həm kişilərin, həm də qadınların pensiya yaşının 65-ə bərabərləşəcəyini bildirilir. Toyuqlu pizza

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı News24.az-a açıqlamasında bildirib ki, kişilərlə qadınların pensiya yaşının eyniləşdirilməsi qanunvericiliyə uyğun addımdır və burada hər hansı qanun pozuntusu yoxdur. Lakin pensiya yaşının artırılmasını qeyri-humanist hesab edir:

“Kişilərlə qadınların pensiya yaşının eyni olması normaldır. Ancaq bu rəqəm 65 yox, 60-62 yaş olmalıdır. Çünki Azərbaycanda orta ömür müddəti 74-75 ildir. İnsanlar bu şərtlərlə çox qısa müddət pensiya ala bilirlər. Avropada pensiya yaşı 65-dir, amma orada insanların gözlənilən ömür uzunluğu 82-83 ildir. Azərbaycanda isə bu rəqəm xeyli aşağıdır. Əgər pensiya yaşı fərqli təyin ediləcəksə, bu, kişilər üçün daha aşağı olmalıdır, çünki onların orta ömür müddəti qadınlardan azdır.”

İqtisadçı həmçinin vurğulayıb ki, əvvəlki pensiya yaşı - 62-63 yaş - daha ideal idi və onun süni şəkildə artırılması vətəndaşların sosial rifahına mənfi təsir göstərəcək.

Qeyd edək ki, kişilərin pensiya yaşı artıq 65-ə çatdığı üçün onlarda artım dayanıb. Qadınlar üçün isə hər il 6 aylıq artım 2027-ci ilə qədər davam edəcək və o zaman onların da pensiya yaşı 65-ə çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sabis
    Ən azı yaw həddi 50 olmalıdır 40 45 yaşda deyirlər yaşın çoxdu kim harda işləyə bilir o yaşda?milləti ölkədən viranə günə qoymusuz rahatlığı almısınız əlimizdən!
    1 year ago
  • Sabiw
    Bəs dirdə artıq millətin qocalığın da əlindən Aldınız cavanlığında qul koledir insanlar size?!ölkədə heçnə yoxdu ancaq cərimə var bahalaşmaqda sünidir yaşamaq yoxdur!
    1 year ago
  • Tansu
    Pensiya yaşı 60 yaş olsun.
    1 year ago
  • Elvin
    Buna birce soz deye bilerem vallah soyus filan yazmagjn adi yoxdu deye deyirem sadece Allah min belavuzu versin gorum o qerari verenlerin hecbir ezizi yaxini aile uzvu hec 65yasi gormesinler.utanin da.5-3manat pul verirsiz onu da abirdan cixardib verirsiz e utanun ölun canimiz qurtarsin da sizden
    1 year ago
  • Rasim
    Mence bu yaş həddi 90-100 olmalidir.
    1 year ago
  • Cəmilə
    Salam pensiya yaşını qadınlar üçün niyə 65 yaş axı işi olmayan orta təhsili olan qadınlara iş yoxdur dükana başqa işlərede götürmürler bunun xestesi var heç o yaşa çıxmağada ümüd yoxdur .55 yaş qadınlara teyin olunsun
    1 year ago
  • Zamirə
    Heç olmazsa kişilərdə qadınlarda 60 yaş olsun
    1 year ago
  • Zamirə
    Heç olmazsa kişilərdə qadınlarda 60 yaş olsun
    1 year ago
  • Zamirə
    Xalqı heç kim fikirləşmir ayına 10 min alan bəzi qrum sahibləri aşağı təbəqə kasıb xalqın 360 manatında onlara çox görürlər millət pis gündədi heçnəyi çatdırmaq olmur bunu görmürlərrr
    1 year ago
  • İlyas
    Bir söz deyim bir vətəndaş olaraq niyə Valideyinləri övladlara möhdac edilir niyə yaş çoxaldılır məyər hansı holdinq hansı şirkət 60 yaşlı adamı işə götürür əlbətki heçkim ancaq yaşı çoxalda çoxalda gedirsiz demeli yaşlı nəsil övladın bir tikə çörəyinə möhdac qalmalıdı.
    1 year ago
  • Vuqar Məmmədov
    ALLAH DOVLƏTİ İDARƏ EDƏN MƏMURLARA BİR AZ İNSAF VERSİN!
    1 year ago