Azərbaycanda qardaş bacısını bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qardaş bacısını bıçaqladı

Kriminal

06 Dekabr 2021 11:42 808


Dekabrın 4-ü saat 21 radələrində Şabran rayonu, Çaraq kənd sakini 1998-ci il təvəllüdlü Nəcibə İsayevanın yaşadığı evin həyətində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Şabran rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, zərərçəkmişin qardaşı 1992-cı il təvəllüdlü Rüfət Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəcibə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. pizza hut

Rüfət Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!