Azərbaycanda qarın hündürlüyü 43 sm-ə çatdı... -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qarın hündürlüyü 43 sm-ə çatdı... - Foto

Rəsmi

09 Fevral 2020 06:44 1360


Ötən gün axşam saatlarında şimal bölgəsinin bütün rayonlarında hava şəraiti kəskin pisləyib və qar yağmağa başlayıb.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, şimal bölgəsində ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 40 sm, Xaltanda 35 sm, Xızının Altıağac qəsəbəsində 36 sm, Qubanın mərkəzində 11 sm, Şabranda 2 sm, Xaçmazın Nabran kəndində 1 sm, Qusarın Yasab kəndində 15 sm olub.

Qubanın Qrız kəndində temperatur mənfi 15 dərəcəyədək enib. pizza mizza

Hazırda şimal bölgəsinə qar yağmaqda davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!