Azərbaycanda rekord sayda koronavirusa yoluxma,   6 nəfər öldü - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda rekord sayda koronavirusa yoluxma, 6 nəfər öldü - RƏSMİ

Sağlamlıq

21 İyun 2020 19:30 1107


Azərbaycanda 491 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5 776 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Sezar pizza

Bu gün 4 947 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 422 min 049 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!