Azərbaycanda səfərbərlik elan edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda səfərbərlik elan edildi

Siyasət

28 Sentyabr 2020 11:03 7129


Prezident İlham Əliyev Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb. 

Yenisabah.az xəbər verir ki, sərəncamda deyilir: 

"1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin. Sezar pizza

2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!