“Azərbaycanda son günlər testi pozitiv çıxanların 20 faizi Rusiyadan gələnlərdir”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda son günlər testi pozitiv çıxanların 20 faizi Rusiyadan gələnlərdir”

Sosial

16 Aprel 2020 17:35 962


“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi odur ki, karantin rejimindən çıxma tələskən xarakter daşımamalıdır”.

Yenisabah.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, ÜST tərəfindən koronavirusun yoluxması 3 - xaricdən idxal, icma halında və daxili yoluxma kateqoriyasına ayrılıb. pizza hut

“Azərbaycanda əvvəl xaricdən idxal, daha sonra icma və sonda daxili yoluxma baş verib. Ona görə də qonşu dövlətlərlə anlaşma və məsləhətləşmə ilə Azərbaycanın quru sərhədləri bağlanıb və beynəlxalq uçuşlar dayandırılıb. Xaricdən idxal olunma köklü şəkildə azalıb, bu da daxili yayılma hallarının təftiş olunma imkanlarını artırıb. Xaricdən gələnlər 14-21 və ya 21-28 gün xüsusi karantin rejimində qalıblar. Qonşu dövlətlərlə də sıx əməkdaşlıq edilir ki, xaricdən gələn hansısa şəxsin pozitiv nəticəsi varsa, onun həmin ölkədəki təmasda olduğu şəxslər və yerlər müəyyən olunsun. Azərbaycanda son günlər testi pozitiv çıxanların 20 faizi Rusiyadan gələn vətəndaşlardır”, - deyə H. Hacıyev qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!