Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb

İqtisadiyyat

21 Oktyabr 2025 11:00 2042


Hər zaman istehsal etdiyi məhsullarla istehlakçıların rəğbətini qazanan Avrora Qrup yeni soyuq qəhvə içkilərini ictimaiyyətə təqdim edib. Yeni brend “BİZON İCE COFFEE” iki sevimli növdə təqdim olunur – latte və kapuçino. Məhsulun yumşaq dadı və keyfiyyətli tərkibi ilə günün istənilən saatında enerjinizi bərpa edəcək və gümrah gün keçirəcəksiniz.

Avrora Qrup-un məqsədi yerli istehsalı beynəlxalq standartlara uyğun səviyyəyə çatdıraraq, kofe sevərlərə dünya markaları ilə rəqabət aparacaq keyfiyyətdə məhsul təqdim etməkdir.

Şirkətdən verilən açıqlamada: “BİZON İCE COFFEE” ilə biz həm qəhvə mədəniyyətinə yeni nəfəs gətiririk, həm də yerli istehsalın gücünü nümayiş etdiririk. Məhsulumuz gənclər, idmanla məşğul olanlar, tələbələr və ofis çalışanları üçün ideal seçimdir. Onlar üçün vacib olan üç xüsusiyyəti birləşdirdik – dad, rahatlıq və enerji” – deyilir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!