Azərbaycanda sünnət DƏHŞƏTİ: Həkim uşağın cinsiyyət orqanını kəsdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sünnət DƏHŞƏTİ: Həkim uşağın cinsiyyət orqanını kəsdi - VİDEO

Hadisə

03 Fevral 2022 08:29 3851


Son vaxtlar sünnət ilə bağlı fərqli və insanı qorxuya salan hallar yaşanır. Məsələn, həkimlərdən biri səhvən uşağın cinsiyyət orqanının müəyyən bir hissəsini kəsib, digəri lazer üsuli ilə sünnət edirəm deyib, orqanı tamamən zədələyib.

“Yeni Sabah” xəbər verir ki, hadisə Bakı xəstəxanalarının birində yaşanıb. Və bu səhvi edən şəxs ənənəvi sünnətçi yox, qeyri-ixtisas həkimdir.

Həmin həkim etdiyi səhv ilə bağlı dərhal uşaq cərrahı Toğrul Ömərova zəng edərək, ondan kömək istəyib. pizza sifarişi

Cərrah "Xəzər Xəbər"ə deyib ki, son vaxtlar bu cür hadisələrin sayı artıb. Hətta lazer üsulu ilə sünnət məsələsi də meydana gəlib. Halbuki dünya təcrübəsində belə lazerlə sünnət anlayışı yoxdur.

Həkim bildirib ki, bütün ixtisaslardan olan həkimlər, məsələn, ginekoloq, travmatoloq, hətta kardioloq belə, sünnət edir. Bunun isə ağır fəsadları olur.

Valideynlər həkimdir deyib aldanmamalı, övladını ixtisas üzrə həkimə əmanət etməlidir. Əks təqdirdə qanaxma, hissəvi zədələnmə, dəri çürüməsi və digər hallar qaçılmaz olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!