Azərbaycanda tanınmış rəssam vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tanınmış rəssam vəfat etdi

Mədəniyyət

04 Sentyabr 2021 13:42 1437


Azərbaycanın tanınmış fırça ustası Tofiq Fərəcov vəfat edib. 

Mədəniyyət Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, rəssam 69 yaşında dünyasını dəyişib.

T. Fərəcov 1952-ci ildə Masallı rayonunun Yeyənkənd kəndində ziyalı ailəsində dünyaya göz açıb. Gənclik illərində respublikanın qabaqcıl təhsil müəssisələrində rəssamlıq sənətinin sirlərinə yiyələnib. Əmək fəaliyyətinə ötən yüzilliyin 70-ci illərində mədəniyyət sferasında başlayan rəssam, bir sıra mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb. pizza

T. Fərəcovun yaradıcılığında boyakarlıq və qrafika texnikası, peyzaj, portret, natürmort və digər sənət üslubları üstünlük təşkil edib. Rəssamın əsərləri dəfələrlə müxtəlif sərgilərdə nümayiş etdirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!