Azərbaycanda təhsil alan gürcülər Tbilisidə aksiya keçirir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda təhsil alan gürcülər Tbilisidə aksiya keçirir

Rəsmi

04 Fevral 2020 17:35 1152


Azərbaycan, Ukrayna və Ermənistanda ali təhsil alan gürcü tələbələrin Tbilisidə etiraz aksiyası Gürcüstan parlamentinin yaxınlığında davam etdirilir.

"Yeni Sabah" xəbər verir ki, gənclər Gürcüstan ali məktəblərinə köçürülmə üçün sabaha təyin olunan test imtahanının ləğvi ilə bağlı təhsil naziri Mixeil Çxenkeli ilə görüş tələb edirlər.

Tələbələr parlamentin giriş qapılarının birində çadırlar qurmağa cəhd etsələr də, polis əməkdaşları buna imkan verməyib. Dominos pizza

İmtahanla bağlı Gürcüstan vətəndaşı olan 350 tələbə etiraz edir. Onlar iddia edirlər ki, bu imtahanla Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi onlara süni maneələr yaradır.

Nazirlikdən isə bildirilib ki, həmin tələbələr Gürcüstan vətəndaşları olduğundan onlara ölkə qanunvericiliyi şamil olunur.

“Tələbələr dörd imtahan əvəzinə ümumi biliklər üzrə yalnız bir imtahan verəcəklər. Onlara imtahanın əvəzlənməsi təklif olunsa da, gənclər bundan imtina ediblər”, - deyə qurumdan qeyd olunub.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!