Azərbaycanda üç hakimin səlahiyyətlərinə xitam verildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda üç hakimin səlahiyyətlərinə xitam verildi - Foto

Hadisə

27 Oktyabr 2021 18:38 1062


Bu il Azərbaycanda üç hakimin səlahiyyətlərinə xitam verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Məlumata görə, cari ildə 117 hakimin fəaliyyəti qiymətləndirilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib. pizza

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydalarının yeni qanunvericiliyə uyğun təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.

Bu ilin sonunadək fəaliyyətlərinin qiymətləndirilməsi nəzərdə tutulan daha 120 hakimlə bağlı hərtərəfli təhlillərin aparılması və nəticələrin Şuranın iclasına çıxarılması üzrə konkret tapşırıqlar verilib.

Şuranın iclasında qanunvericiliyin tələblərinin, çəkişmə prinsipinin və icra intizamının pozulmasına, süründürməçiliyə yol verildiyinə və digər nöqsanlara görə birinci instansiya və apellyasiya məhkəmələrinin 5 hakiminin intizam məsuliyyəti məsələsinə baxılıb, eyni xarakterli pozuntulara görə bir sıra hakimlər barədə intizam icraatları başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!