Azərbaycanda vətəndaşlar generalı döyüb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vətəndaşlar generalı döyüb

Kriminal

07 Sentyabr 2022 12:45 43453


Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov ötən gün işdən çıxarılıb və onun barəsində cinayət işi başlanıb.

“Yeni Sabah” xəbər verir ki, "Unikal" Kənan Məmmədovla bağlı maraqlı faktlar əldə edib.

Belə ki, əslən Naxçıvandan olan K.Məmmədov əvvəllər Qazax rayonunda yerləşən Qırmızı-Körpü gömrük postunun rəisi işləyib. Onun həmin postdakı fəaliyyəti rayon sakinlərinin ciddi etirazına səbəb olub. Hətta Kənan Məmmədov bir neçə dəfə onları incitdiyi üçün Qazaxın bir neçə kəndinin sakinləri tərəfindən döyülüb.  pizza hut

Onu da qeyd edək ki, həmin dövrdə DGK-nin sədr müavini olan Səfər Mehdiyevlə Kənan Məmmədovun arasında dostluq münasibətləri olub. 

Səfər Mehdiyev DGK-nin sədri təyin olunduqdan sonra Kənan Məmmədovu Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi təyin edib və ona general-mayor rütbəsi almasında köməklik göstərib. K.Məmmədov həmin idarəyə rəhbərlik etdiyi dövrdə isə əsasən ölkəyə mebel gətirən sahibkarların fəaliyyətinə mane olub. Belə ki, o sahibkarları yalnız özünün müəyyən etdiyi karqo şirkətləri ilə işləməyə məcbur edibmiş.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ferhad
    Men ona haqq qazandirmiram.ele mexluqlari asmaq lazimdi.amma sizde isden cixandan sinra yox islediyi vaxt arasdirib nese uze cixartsaydiz olardi kisi isi.yixilana balta vuran cox olar.basqa vezifede olan birin arasdirin gorun kime neyniyib
    4 years ago
  • Rahim
    Nəyə görə Gömrük AKADEMİYASI DA DAXİL OLMAQLA GÖMRÜKDƏ NEHRƏMLİLƏR İŞLƏYİBLƏR?
    4 years ago