Azərbaycanda virusun yeni ştamına yoluxan var?

Azərbaycanda virusun yeni ştamına yoluxan var?

Sosial

13 Yanvar 2023 10:24 400


Azərbaycanda Covid-19-un yeni ştamı olan "Omicron XBB.1.5"ə yoluxma faktı qeydə alınmayıb.

Bunu TƏBİB-in Yoluxucu Xəstəliklər və İnfeksion Nəzarətin Təşkili Şöbəsinin əməkdaşı Turan İbrahimova "Real TV"də qonaq olarkən deyib.

Qurum rəsmisi bildirib ki, sözügedən virus "Omikron"un subvariantı olduğuna görə, ona yoluxan şəxs xəstəliyi elə "Omikron" kimi keçirir:

"Bunun müxtəlif ştamları olsa belə, bizlərə yad virus deyil. Biz COVİD-lə diaqnostikanı, müalicə yollarını bilirik. Bu ştamın "Omikron"dan elə də fərqi yoxdur".

Qeyd edək ki, 2023-cü ilin yanvarın 5-də ÜST tərəfindən COVİD-19-un yeni ştamının aşkarlandığı açıqlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!