Azərbaycanda Xalq artisti koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda Xalq artisti koronavirusa yoluxdu

Mədəniyyət

06 Aprel 2021 15:05 1779


Xalq artisti Şeyx Əbdül Mahmudbəyov koronavirusa yoluxub.

Bu barədə Yenisabah.az-a rejissor özü məlumat verib.

O, hazırda müalicəsinin evdə davam etdiyini bildirib: pizza hut

“Başqa bir xəstəliklə mübarizə apardığım vaxtda COVİD-ə yoluxdum. 1 həftədir qapını bağlayıb, məni də izolyasiya ediblər, evdən çölə çıxmıram. Gözlənilmədən yoluxdum, fikrimcə, koronavirusa xəstəxanada yoluxdum. Həkimlər deyir ki, bu virus artıq küçələri gəzir, kimi nə vaxt istədi tutur, hansı evə istəsə girir”.

Sənətçi xəstəliyi orta-ağır keçirdiyini qeyd edib:

“Xəstəliyi orta-ağır keçirirəm. Axşam bacanağım koronavirusdan dünyasını dəyişdi. O da məndən 1-2 gün öncə yoluxmuşdu. Məndə müalicəyə yatqındır, dərmanları içdikcə yavaş-yavaş düzəlirəm. Hər şey əcəllədir, əcəl tamam olubsa, COVİD boş şeydir. Heydər Əliyev Fondu sağ olsun, mənim üçün tibb bacısı ayırıblar, müalicəmi evdə davam edirəm”.

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!