Azərbaycanda yeni idarəetmə modeli: Rayonlar birləşdirilir, icra hakimiyyətləri ləğv olunur 

Azərbaycanda yeni idarəetmə modeli: Rayonlar birləşdirilir, icra hakimiyyətləri ləğv olunur 

Sosial Veb saytların hazırlanması

13 Yanvar 2023 14:38 54498


Azərbaycanda yeni idarəetmə modeli üzərində iş gedir. Artıq bu istiqamətdə ilkin addımlar atılıb. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən xüsusi nümayəndəlik formatı isə ciddi dəyişikliklərin anonsu sayıla bilər. 

Yenisabah.az xatırladır ki, işğaldan azad edilmiş rayonlarımızda indiyədək mövcud olandan daha fərqli idarəetmə metodu tətbiq edilir. Belə ki, bu bölgədə artıq Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzur üzrə xüsusi nümayəndəlikləri fəaliyyət göstərir. Həmin nümayəndəliklərin fəaliyyəti daha çox işğaldan azad edilmiş əraziləri əhatə etsə də, tədricən sözügedən rayonların idarə olunmasında əsas söz sahibinə çevrilirlər. 

Məsələn, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov öz postunu qorusa da, Prezidentin mədəniyyət paytaxtımıza təyin etdiyi xüsusi nümayəndənin fəaliyyəti daha qabarıq formada diqqəti çəkir. Eyni fikri Zəngilan və işğaldan azad olunmuş digər bölgələrimizlə bağlı da söyləmək mümkündür. 

Qeyd edək ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 21-də könüllü şəkildə vəzifəsindən istefa verəndən sonra muxtar respublikada da xüsusi nümayəndəlik yaradıldı. Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Azərbaycan Prezidentinin Naxçıvan üzrə xüsusi nümayəndəsi təyin edildi. Əldə etdiyimiz məlumata görə, bu idarəçilik metodu bütün ölkədə tətbiq olunacaq. 

Hakim dairələrdən “Yeni Sabah”a verilən məlumata görə, nəzərdə tutulan struktur islahatlarının başlıca məqsədi icra hakimiyyətlərini axivə göndərməkdir. İcra Hakimiyyətləri, xüsusilə də icra başçıları ilə bağlı artan narazılıq iqtidarı bu strukturla vidalaşmaq məcburiyyətində qoyub. 

Mənbə deyib ki, 10-a yaxın icra başçısı həbs olunsa və cəzalandırılsa da, bu, onların xələfləri üçün dərs olmayıb. Hazırda icra strukturlarında özbaşınalıq yenə də davam edir. 

İcra Hakimiyyətləri ilə bağlı narazılıq bölgələrdə özünü daha qabarıq şəkildə göstərir. Gözdən-könüldən uzaq olduqlarını düşünən “kiçik padşahlar” əhali ilə istədikləri kimi davranır, qanunlara hörmtəsizlik edir, regionlar üçün xarakterik olan sosial problemlərin həllinə layiqli töhfə verə bilmirlər. Bu isə hakimiyyəti onlarla bağlı məlum qərarı bir qədər də sürətləndirməyə vadar edir. 

Mənbə yeni idarəetmə formasıyla bağlı indiyə kimi ictimaiyyətə məlum olmayan maraqlı nüansları da açıqlayıb. Qeyd edib ki, islahalat çərçivəsində həm  Bakıda, həm də regionnarda bir neçə rayonun birləşdirilməsi nəzərədə tutulur. Bu proses başa çatdıqdan sonra həmin ərazilər üzrə Prezidentin xüsusi nümayəndəlikləri yaradılacaq. Yeni strukturlar icra hakimiyyətlərinin avtomatik olaraq sıradan çıxmasına səbəb olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!