Azərbaycandan Çinə ixrac 4 dəfədən çox artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Çinə ixrac 4 dəfədən çox artıb

İqtisadiyyat

22 Avqust 2025 15:15 387


2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 26,78 faiz artaraq 2,5 milyard dolları üstələyib.

Yenisabah.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsindəki artım təqribən 528,57 milyon dollar təşkil edib.

Belə ki, Azərbaycandan Çinə ixrac 53,2 milyon dollar (+4,59 dəfə), Çindən Azərbaycana idxal 2,04 milyard dollar (+24.81 faiz) təşkil edib. Toyuqlu pizza

Cari ilin ilk 7 ayının nəticələrinə əsasən, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 8,68 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,34 faiz bəndi çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!