Azərbaycanda polis faciəvi şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda polis faciəvi şəkildə öldü

Hadisə

07 Aprel 2023 09:59 962


Goranboyda rayonunda polis yol qəzasında dünyasını dəyişib.  

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Yenisabah.az-a bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. 

Dərhal Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəşad Məhərrəmov idarə etdiyi "Opel" markalı avtomobil ilə idarə etməni itirib və nəticədə avtomobil aşıb.  Toyuqlu pizza

Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin - Goranboy Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!