Azərbaycanı Avropa çempionatında təmsil edəcək cüdoçular bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanı Avropa çempionatında təmsil edəcək cüdoçular bəlli oldu

İdman

02 Noyabr 2021 21:46 748


Noyabrın 5-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında start götürəcək Avropa çempionatında Azərbaycan komandası 8 idmançı ilə təmsil olunacaq.

Federasiyadan Yenisabah.az-a verilən məlumata görə, kişilərin yarışında Elçin Hüseynov (66 kq), Zelim Tskayev, Məhərrəm İmamverdiyev (81 kq) və İmran Yusifov (+100 kq) mübarizə aparacaqlar.

Qadınların mübarizəsində isə Aydan Vəliyeva, Ramilə Əliyeva (hər ikisi 48 kq), Səbinə Əliyeva (52 kq) və Nərgiz Hacıyeva (63 kq) bacarıqlarını nümayiş etdirəcəklər. Dördpendirli pizza

Qeyd edək ki, noyabrın 7-dək davam edəcək Avropa çempionatında 38 ölkədən 307 (175 kişi, 132 qadın) cüdoçu mübarizə aparacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!