Azərbaycanın 7 boksçusu qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın 7 boksçusu qızıl medal qazandı

İdman

14 Noyabr 2022 12:30 879


Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub.

Yenisabah.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, yarışın sonuncu – final günündə milli komandanın 7 boksçusu rinqə çıxıb.

Boksçuların hər biri həlledici döyüşü qələbə ilə başa vurub. Finalda Məsud Yusifzadə (51 kq) Yakub Slominskini (Polşa), Ümid Rüstəmov (57 kq) Patrik Adamusu (İrlandiya), Malik Həsənov (63,5 kq) Roman Samueli (Rumıniya), Nəbi İsgəndərov (67 kq) Pavel Suleçkini (Polşa), Murad Allahverdiyev (80 kq) Andrey Çiryasovu (Moldova), Alfonso Dominqes (86 kq) Klemens Şepanyakı (Polşa) və Məhəmməd Abdullayev (+92 kq) Radoslav Kavjakı (Polşa) məğlub edərək çempion tituluna yiyələnib. Sezar pizza

Beləliklə, 16 ölkənin iştirakı ilə təşkil olunan yarışa 13 boksçu ilə yollanan milli turniri 7 qızıl və 4 bürünc medalla başa vurub. Yığma bu göstərici ilə kişilərin yarışında komanda hesabında birinci olub.

Millinin aktivinə bürünc medalları isə Ruslan Qədirov (57 kq), Sərxan Əliyev (71 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) yazdırıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!