Azərbaycanın “Akıncı” PUA-ları hava kəşfiyyatı apardı - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın “Akıncı” PUA-ları hava kəşfiyyatı apardı - Video

Rəsmi

29 Fevral 2024 13:37 2653


Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) “Akıncı” hücum pilotsuz uçuş aparatları (PUA) hava kəşfiyyatı aparıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İlin hazırlıq planına əsasən, HHQ-nin PUA bölmələri ilə keçirilən təlim-məşq uçuşları davam etdirilir. Dördpendirli pizza

Təlim-məşq uçuşlarından əvvəl heyətlər tərəfindən PUA-ların döyüşə hazırolma vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.

Əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-ları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, eləcə də digər tapşırıqları yerinə yetiririlib.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə PUA heyətləri qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!