Azərbaycanın bəzi rayonlarında dolu və sel ciddi fəsadlar törədib 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bəzi rayonlarında dolu və sel ciddi fəsadlar törədib 

Hadisə

01 May 2023 08:09 1047


Tərtərin Dəmirçilər kəndini sel basıb.

APA-nın xəbərinə görə, dağlardan gələn sel suları evlərə dolub. Fərdi təssərrüfatlara ciddi ziyan dəyib, əkin sahələri su altında qalıb.

Sel sularının qarşısını almaq üçün təxirəsalınmaz işlər görülür. Tərtər Rayon Fövqəladə Hallar Komissiyası əhaliyə dəyən ziyanı hesablayır. FHN-in texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. Toyuqlu pizza

Güclü yağış və dolu Goranboy rayonunun bir sıra kənd və qəsəbələrində fəsadlar törədib.

Goranboy rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sel sularının daşması nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, avtomobillərə və təsərrüfatlara ziyan dəyib.

"Sel sularının qarşısını kəsməklə əhaliyə dəyən ziyanın faizini aşağı salmağa çalışırıq".

Bunu APA-ya açıqlamasında Melorasiya və Su Təsərrüfatı ASC-nin sözcüsü Dilqəm Şərifov deyib. O qeyd edib bir çox rayona dolu və leysan yağsa da, ən ciddi fəsad Tərtərdə qeydə alınıb: "Qeyri-sabit hava şəraiti ölkənin bir çox rayonunda hökm sürür. Leysan yağması, dolu düşməsi nəticəsində əhaliyə ciddi ziyan dəyib. Şəki rayonuna dolu yağsa da, təsərrüfata ziyan dəyməyib. Goranboy və Tərtər rayonlarına isə sel gəlib. Goranboy rayonunda sel sularının gəlməsi yollara və avtomobillərə ziyan vurub. Tərtərdə isə daha böyük fəsadlar törədib. Rayonun Dəmirçilər kəndində fərdi evlər və təssərrüfat sahələri su altında qalıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!